“Arvadım Cəbrayıldandır, atam isə Sumqayıtın deputatı olub” - VİDEO
27 Sentyabr 2023 19:11 Siyasət"Əsgəran rayonundan gəlirəm, bir ildir ki, buradayam".
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Qarabağı könüllü tərk edən erməni deyib. O, Sumqayıtda dünyaya gəldiyini qeyd edib:
"Bir il olacaq ki, buradayam. Anama baxırdım. Anam 90 yaşında dünyasını dəyişdi. Onu dəfn etdim. Anam üçün gəlmişdim. Mən ailəm ilə birlikdə Ukraynada yaşayırdım. Yoldaşım da azərbaycanlıdır.
Sumqayıtda anadan olmuşam. Ailəmlə Ukraynada yaşayırdıq. Müharibə davam etdiyi üçün yoldaşım qızımla Almaniyaya qaçıb. Yoldaşım Cəbrayıl rayonunun Dağ Tumas kəndindəndir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31