Milli Məclisin ilk plenar iclasının vaxtı məlum oldu
27 Sentyabr 2023 16:29 SiyasətMilli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Olaylar.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31