Ersin Tatar Prezident İlham Əliyevə təşəkkür edib
27 Sentyabr 2023 16:19 SiyasətŞimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
O, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti iclasının Qazaxıstanda keçirilməsi qərarına verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Bundan başqa, E.Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprin dünyadakı səsi olduğunu söyləyib: "R.T.Ərdoğan hər zaman bizə dəstək verir. Nə yaxşı ki, güclü lider, güclü Türkiyə var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31