Agentlik sədri: "Qarabağın erməni sakinləri zamanı gəldiyində dövlət xidmətlərindən yararlana biləcək"

"Qarabağın erməni sakinləri zamanı gəldiyində dövlət xidmətlərindən yararlana biləcək".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, Azərbaycan dövləti konkret şərt irəli sürüb, ölkə konstitusiyası və qanunvericiliyinə uyğun yaşamağı seçən hər bir erməni vətəndaş sayılacaq: "Erməniəsilli sakinlər də vətəndaşlarımız olaraq dövlət xidmətlərindən yararlanacaq və bütün hüquqlardan istifadə edəcəklər. Düşünürük ki, zamanı gəldiyində həmin ərazilərdə "Asan Xidmət" də fəaliyyət göstərərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31