Ermənilər yeni bir siyasi şantajın əsasını qoyur

"Ermənistan Qarabağı tərk edən ermənilərin sayını 47 mindən artıq qeyd edir. 10 mindən artıq silahlı erməni birləşmələri ərazidə var idi. Onların hər biri tərk edəcək. 10  minə yaxın erməni tərk etsin. Ermənistanın bu kimi yalan informasiya verməsi, əhali sayını şişirtməsi Azərbaycana qarşı yeni bir siyasi ssenari planlanır". Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan və  Ermənistan arasında sülh müqaviləsinin bağlanması fonunda Yerevan üzərinə öhdəlik götürərək, Azərbaycana qarşı bu amildən istifadə etməməlidir:  "Qarabağı tərk edənlər Azərbaycan konstitusiya quruluşunu qəbul etməyənlərdi. Kim qəbul etmirsə, çıxıb gedə bilər. Ermənistanın bu istiqamətdə siyasəti də müsbət müstəvidə olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31