Dövlət və ictimaiyyət nümayəndələri Zəfər parkını ziyarət etməyə davam edir

Sentyabrın 27-si Anım Günü ilə əlaqədar inşası davam etdirilən Zəfər parkını ziyarət edən dövlət və ictimaiyyət nümayəndələrinin ardı-arası kəsilmir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31