Separatçı xunta rejimi Qarabağ ermənilərindən vasitə kimi istifadə edir - ÖZƏL
27 Sentyabr 2023 13:04 Siyasət"Separatçı xunta rejiminin "rəhbərləri", Qarabağı tərk edərək gedən ermənilərdən bundan sonra da istifadə edəcəklər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, bun səbəbdən separatçıları daha çox erməninin Qarabağı tərk etməsini sürətləndirirlər:
"Onlar Qarabağda bu sadə xalqa 35-ildir aldadaraq, özlərinə sərvətlər topladılar və bundan sonrakı dövrdə də o qansızlar bu insanlardan istifadə edərək, beynəlxalq təşkilatlardan, ayrı-ayrı ölkələrdən, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən erməni lobbiçi təskilatlarından və diaspora cəmiyyətlərindən pul tələb edəcəklər. Sözsüz ki, Qarabağda çıxartdıqları oyunların davamı olaraq, öz çirkin niyyətləri naminə istifadə etmək yolunu tutacaqlar. Məhz bunun üçün hər kəsə tapşırıq verilib ki, Qarabağı tərk edin". Ekspert hesab edir ki, Qarabağı nə qədər çox erməni tərk edərsə, xunta rejimi üçün bir o qədər çoxlu pul əldə edəcək.
