27 sentyabrla təməli qoyulan qurtuluş savaşımız - ÖZƏL
27 Sentyabr 2023 11:53 Siyasət"27 sentyabrla təməli qoyulan qurtuluş savaşımız həm də bizim milli birlik, həmrəylik məktəbimizə çevrildi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, bu savaşda əsgər və zabitlərimiz, qazilərimiz ön cəbhədə suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla döyüşürdü, arxa cəbhədə isə xalqımız və dövlətimiz bir yumruq kimi birləşərək Qələbə gününü yaxınlaşdırmaq üçün əlindən gələni etdi:
"Düşmənə sarsıdıcı zərbələrin vurulduğu Vətən müharibəsinin gedişində birlik və həmrəyliyimiz tarixi sınaqdan üzüağ çıxdı".
Komitə sədri deyib ki, biz həm Vətən müharibəsinin, həm də lokal antiterror tədbirlərinin gedişində Vətən uğrunda canlarını fəda etmiş mübariz övladlarımızın şücaətini daim minnətdarlıq və şükranlıq hissilə xatırlayacağıq:
"Əldə etdiyimiz bu böyük Qələbələrə görə biz onlara borcluyuq. Hər birimiz bu Qələbələrin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq".
