Ermənilərə qaçqın statusu vəd edilib - ÖZƏL

Azərbaycanın Qarabağın erməniəsilli əhalisinə hər cür yardım etməsinə baxmayaraq bölgəni tərk edən ermənilərin sayı durmadan artır. Maraqlısı odur ki, ermənilərin çoxu nə üçün və hara köç etdiklərinin fərqində deyillər. Sanki onları Ermənistan hakimiyyəti, yaxud hələ də qanun qarşısında cavab verməyən separatçı rejimin rəhbərliyi məcburi şəkildə Qarabağdan çıxarır.

"OLAYLAR"-ın xəbərinə görə, tarixçi Rəfail Eminov hesab edir ki, ermənilərə qaçqın statusu vəd edilib və bu səbəbdən onların Ermənistan hakimiyyəti tərəfindən kütləvi olaraq Qarabağdan çıxarılması həyata keçirilir:

"Onların bölgəni tərk forması və hızı bunu deməyə əsas verir. Onların təzminatını Qərb birləşərək Azərbaycanın üzərinə qoyacaq. Haqq-nahaq xarici ölkələrdə olan valyuta pul rezervlərimizə əl qoymağa çalışacaqlar ki, bu ermənilərin burada qalıb yaşamasına dözməkdən də çətin problem olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31