Ermənistan  Zəngəzur dəhlizinin açılmasına gedəcək - ÖZƏL

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və prezident İlham Əliyevlə birgə İgdir-Naxcivan qaz kəmərinin təməlini qoymasi, həmçinin İgdir-Naxcivan dəmir yolunun çəkilməsi ilə bağlı protokolun imzalanması "Zəngəzur" dəhlizinin əsas seqmentidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məhz İğdır -Naxcivan dəmiryolu Zəngəzur dəhlizinin bir hissəsi olaraq Çindən və Mərkəzi Asiyadan gələn yüklərin daşınmasını təmin edəcək: "Zəngəzur dəhlizinin açılması, Hindistanda G20 zirvəsində imzalanmış Asiya -Avropa xəttindən daha da yaxın və rentabellidir. Türkiyə prosesi uğurla aparmaqla, Tehranın  razılığının alınması istiqamətində müsbət irəliləyişlər olduğu qeyd edilir. Region yenidən şəkillənir və Azərbaycanın anti-terror əməliyyatı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına müsbət təsir edəcək. Demək olar ki, Ermənistan da Zəngəzur dəhlizinin açılmasına gedəcək. Amma, bu dəhlizin yuridiskiyasinın Rusiyanın deyil, öz nəzarətində olmasında israrlıdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra dərhal Zəngəzur dəhlizinin açılması reallaşacaq. İki ölkə arasında sülh müqaviləsinin bağlanması isə, N. Paşinyan hakimiyyətini qoruyub saxlayacaqsa gələn ilin yayına kimi mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31