27 sentyabr- Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək- Deputat
27 Sentyabr 2023 11:16 Siyasət"44 günlük Vətən Muharibəsinin başlanmasindan 3 il keçir. Suverenliyimiz və ərazi bütövlüyüüz uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşməni məğlub etdi. Azərbaycan əsgərinin 27 sentyabrdan başlanan 44 günlük zəfər yürüşü haqq-ədalətin bərpa prosesi olmaqla yanaşı, həm də işğal altında olan torpaqların öz gücümüz və iradəmizlə azad edə bilicəyimizin mümkünlüyünü dünyaya göstərdi.Bu zəfər həm də xalqımız çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir ölkə kimi çıxıb.Və bunu bu il sentyabrın 19-u və 20-də anti-terror əməliyyatını 24 saata yekunlaşdıra bilməklə əyani şəkildə bir daha sübut elədi.Süverenliyimiz bərpa olundu:
"27 sentyabrdan başlanan 44 günlük Vətən Müharibəsi fikirdə, sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı və bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaradacaq, regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə çəkindirici güçə çevriləcəkdir.
Bu Anım Günündə bir daha xüsusi qeyd oluması vacibdir ki, xalq-dövlət-ordu birliyi şəraitində zəfər yürüşündə tökülən hər damla şəhid qanı biz azərbaycanlının hər birimizin qanıdır. Şəhid anası hər birimizin anasıdır. Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır!
Bütün Azərbaycan xalqı 27 sentyabr - Anım Günündən qürür duyur. Xalqımız öz qəhrəmanları ilə fəxr edir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Ölkəmizin hər yerində və bir sra xarici ölkələrdə Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Xalqımız hər zaman 27 Sentyabr - Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!
27 sentyabr tarixi müəqddəs gündür. Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək, bizə bu böyük qələbəni bəxş edən qəhrəmanlar daim sevgi və ehtiram hissi ilə yad olunacaq! Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik!"