Azərbaycan daha bir nümunə yaratdı - ÖZƏL

"Postsovet məkanında separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk geostrateji məkan da məhz Azərbaycan oldu". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin sözlərinə görə, Şanlı Qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı: "30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31