Vilayət Eyvazovun Masallıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən bu il sentyabr ayının 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonların sakinlərinin qəbulu tarixi dəyişdirilib.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəbulun vaxtı oktyabr ayının 11-nə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31