Ermənilər qanunsuz fəaliyyətlərinə dair sənədləri yandırırlar

"Havaların isti keçməsinə baxmayaraq Xankəndidə binaların sobalarının borularından tüstülər çıxır. Nələrin və nə üçün yandırıldığı aydındır. Təcavüzkar Ermənistanın işğalı nəticəsindı yaradılmış və artıq olmayan qondarma  qurumun cinayətlərinə, terror aktlarına, ayrı-ayrı dövlətlərin ərazimizdəki qanunsuz fəaliyyətlərinə dair sənədlər yandırılır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib: "Bu hadisəni görəndə 1941-ci il iyunun 22-də Berlindəki sovet səfirinin verdiyi təlimatı xatırladım. İyunun 22-də səhərə yaxın sovet səfirini qəbul edən Almaniyanın xarici işlər naziri Ribbentrop müharibənin başlanmasına dair notanı təqdim edir. Səfirliyə qayıdan səfir məlumatı telefonla Moskvaya çatdırmaq istəyir. Lakin telefon kəsilmişdi. Səfir dərhal təlimat verir ki, səfirlikdəki bütün sənədlər, yazışmalar yandırılsın. Sənədləri sobalara yığıb yandırırlar. Nasistlərin yandırlb şou düzəltməmələri üçün Marks, Engels, Lenin və Stalinin də kitablarını səfirlik əməkdaşları özləri yandırırlar. Səfirliyin birinci katibi Bolşakov yazırdl ki, isti yay günündə sovet səfirliyinin binasından tüstünün çıxdığını görən hər bir şəxs sənədlərin yandırıldığı qənaətinə gələrdi...

Xankəndidəki sənədlər bilinməyən və ya bilinən, lakin indiyədək sənədlə təsdiq olunması mümkün olmayan bir sıra qaranlıq məsələlərə aydınlıq gətirəcək, diplomatiyamızın, bütövlükdə dövlətimizin mövqeyini daha da möhkəmləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31