Xankəndidə partlayışı “xunta rejimi”nin üzvləri törədib? - ÖZƏL
26 Sentyabr 2023 11:16 SiyasətXankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb. Partlayış nəticəsində çoxsaylı yaralananların olduğu bildirilir. Partlayışın hansı səbəbdən baş verməsilə bağlı bir sıra versiyalar mövcuddur.Bəzi versiyalara görə əslində baş verən partlayış təxribat xarakteri daşıyır. Məlum olduğu kimi Qarabağ iqtisadi rayonunda, xüsusən də Xankəndidə separatçıların çoxsaylı təmsilçiləri məkan salıblar. Sirr deyil ki, onların böyük əksəriyəti Azərbaycan dövlətinə, eləcə də azərbaycanlılara qarşı törədilən dəhşətli terror aktlarının təşkilatçıları və icraçıları olublar. Azərbaycan hüquq mühafizə orqanlarında həmin şəxslərin dəqiq siyahısı var. Hətta onların bəziləri barədə cinayət işi də açılıb. Buna baxmayaraq həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan hökuməti bəyan etdi ki, tərkisilah olub təslim olan qanunsuz silahlı birləşmələrin üzvləri barədə aministiya məsləsinə baxıla bilər. Lakin separatçı ünsürlər, terrorçu hərbi xunta təmsilçiləri törətdikləri terror aktlarının miqyasını bildikləri üçün ən müxtəlif yollarla Qarabağı tərk etmək yolu seçiblər. Baş verən partlayış da həmin cinayətkarlar tərəfindən törədilə bilər ki, helikopterlə yaralı adı ilə ərazini tərk etdinlər.
Qeyd edək ki, Qarabağı tərk edən ermənilərin rahatlığı üçün dəhliz yaradılıb. Ermənilər həmin dəhliz vasitəsilə sərbəst şəkildə Ermənistana və yaxud digər ölkələrə köç edə bilirlər. Bu halda əhalinin çıxarılması adı ilə hava nəqliyyatının təşkil edilməsi təsadüfi ola bilməz.