İrəvanda hay qalmadı - ÖZƏL

"İrəvanda itaətsizlik aksiyaları davam edir. Təbii ki, bu etirazlar Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra başlayıb". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, bu gün Ermənistanda yaşanan təlatümlərin səbəbi tarixi və mövcud gerçəyi, həmçinin öz layiq olduqları məğlubiyyətlərini həzm edə bilməmələridir:  "Acı reallıqdır ki, tarixi saxtakarlığa meylli olan, antitürk mövqeyinə köklənən erməni toplumu qara siyasətlərini kilsələrdə formalaşdırıblar. Havadarlarının köməyi ilə son iki əsrdə hər zaman Azərbaycan torpaqlarını işğal edərək özlərinə dövlət quran və bu işğaldan daha da iştaha gələn bir xəstə toplum indi işğal etdikləri Azərbaycan ərazilərinin itirən zaman dəli olmaq dərəcəsinə gəliblər. Bu məğlubiyyəti həzm edə bilməyən erməni toplumu və onun cinayətkar liderləri bu vaxta qədər dərk etmir ki, bu, torpaqlar öz sahiblərinə qayıdıb. Həqiqət budur. Bu reallığı və məğlubiyyəti  qəbul edə bilməyəndən sonra  İrəvanda yalnız xal deyil, heç hay da qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31