Şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi - ÖZƏL

"Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərin qisasını aldı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Mətanət Qəribova 27 sentyabr-Vətən müharibəsinin qəhrəmanlarının Anım Günü ilə bağlı danışarkən səsləndirib. O bildirib ki,   Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev Vətən müharibəsinin başladığı bu günü Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır:

"Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31