Azərbaycan və Türkiyə Cənubi Qafqazın yeni xəritəsini çəkir - ÖZƏL

"Əgər, ikinci Qarabağ müharibəsindən sonra Rusiyanın yerinə Qərbin sülhməramlı qüvvələri yerləşsəydi, Qarabağda "Kosovo" modeli ilə üzbəüz qalacaqdıq. Qərb konkret olaraq Qarabağ ermənilərinə status verilməsinə çalışacaqdı. Təbii ki, Rusiya da Qarabağa status verilməsində maraqli idi. İki il yarım ərzində bu istiqamətdə çalışardı. Amma,Türkiyə və Azərbaycan tandemi buna imkan vermədi. Həmçinin Qərblə Rusiya arasında siyasi-hərbi böhranda xüsusi əhəmiyyət daşıdı". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Patriyası sədrinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Azərbaycanın anti-terror əməliyyatı keçirməsi, Qarabağa tam nəzarəti bərpa etməsi regionda yeni bir siyasi nizam yaratdı: "Artıq Ermənistan və Azərbaycan arasında da sülh müqaviləsinin bağlanması perspektivi var. Demək, Azərbaycan Rusiya sülhməramlı qüvvələrini dəvət etməklə, problemi beynəlxalq müstəviyə çıxarmadı. Qərbin prosesə müdaxiləsi olacaqdırsa, Azərbaycan belə bir əməliyyat keçirə bilməzdi. 

Ermənilər Qarabağdan çıxdıqdan sonra Rusiya sülhməramlı qüvvələri də gedəcək. Azərbaycan və Türkiyə Cənubi Qafqazın yeni xəritəsini çəkir. Bugün Naxçıvanda paralel görüşün keçirilməsi Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Azərbaycan prezidenti İlham Əliyev regionda milli maraqlara və regional təhlükəsizliyin təmini üçün strateji siyasət yeridir. Cənubi Qafqaz regionunda problemi yaradan Rusiya idi. Məhz Rusiyanı neytral, yaxud bilavasitə onu razı salmaqla özünün iştirakı ilə Azərbaycan problemi həll edir".

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31