İlham Əliyevdən Ərdoğana: Bu, növbəti qardaşlıq addımıdır
25 Sentyabr 2023 18:26 SiyasətBu hadisə (antiterror tədbirləri - red.) baş verəndə Siz (Ərdoğan - red.) Amerikada idiniz, Nyu-Yorkda idiniz, BMT-nin Baş Assambleyasında iştirak edirdiniz. Orada, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz - "Qarabağ Azərbaycan torpağıdır!".
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, həmçinin Türkiyə tərəfindən atılan növbəti qardaşlıq addımıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31