Fransa və Ermənistanın yalan təbliğatı ifşa olundu
25 Sentyabr 2023 15:03 Siyasət"BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirilən iclasında Fransa və Ermənistanın apardıqları yalan təbliğat bütövlükdə ifşa olundu. İclasın gedişatı bir daha onu sübut etdi ki, bütün dövlətlər reallıqları görür və dəyərləndirir". "Olaylar" xəbər verir ki, bu fikirləri millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva səsləndirib: "Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan birinin - təhlükəsizlik arxitekturasının gücləndirilməsi olması faktı ortadadır. Bu istiqamətdə atılan addımlar arasında 23 saatlıq antiterror tədbirləri mühüm əhəmiyyət daşıyır. Bir sutka davam edən antiterror tədbirlərinin həyata keçirilməsi isə həm də suveren hüquqlarımızın bərpası baxımından qanunauyğundur. Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Sadəcə olaraq, Ermənistan üçtərəfli Bəyanatdan ötən müddət ərzində özünün silahlı birləşmələrini Qarabağdan çıxarmamaqla sülhü və təhlükəsizliyi sabotaj edirdi. Sentyabrın 20-də təslim olan erməni silahlıları, bəyan edildiyi kimi, bütün silah-sursatlarını təhvil verir. Azərbaycan Cənubi Qafqazın sabit və inamlı inkişafı üçün təhdid yaradan bu amili də birdəfəlik ortadan qaldırdı".