KİV: "Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər"
25 Sentyabr 2023 14:05 SiyasətTürkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbələr bildiriblər.
Qeyd olunub ki, hələ ki bu məsələ müzakirə olunmayıb: "Amma belə planlar var. Görüşün tarixini və yerini müəyyənləşdirmək üçün bütün tərəflərin razılığına ehtiyac var".
Xatırladaq ki, Türkiyə Prrezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da belə bir görüşün keçirilməsini təklif etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31