Ərdoğanın Naxçıvana səfəri indiki dönəmdə çox vacib və əhəmiyyətlidir - ÖZƏL

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və burada Azərbaycan prezidenti İlham Əliyevlə görüşü indiki dönəmdə çox vacib və əhəmiyyətlidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP-in Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Türkiyə prezidentinin səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, hazırda Azərbaycana qarşı erməni yalanlarına görə beynəlxalq təzyiqlər artıb, eyni zamanda bölgədə gedən sürətli proseslər fonunda prezidentlərin Naxçıvanda bir araya gəlməsi dünyaya bir mesaj olar:

"Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsi ilə geniş və əhatəli spektri ehtiva edən müttəfiq dövlətdir.  Ankaranın daim Azərbaycanın yanında olması Bakıya avantaj verir. Görüşdə həm lokal antiterror tədbirləri sonrası yaranmış yeni vəziyyət, proseslərin bundan sonrakı axarı, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması kimi aktual mövzuların müzakirə ediləcəyi gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31