Antiterror tədbirlərində mülki əhalinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edildi - ÖZƏL
25 Sentyabr 2023 13:56 Siyasət"Ermənistanın artan təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan tərəfindən 19 sentyabrda lokal antiterror tədbirlərinə start verildi. Azərbaycanın antiterror tədbirlərinə başlaması legitim əsasları olan hüququ idi. Ona görə ki, ordumuz tərəfindən yüksək dəqiqlikli silahlarla yalnız hərbi obyektlər və infrastrukturlar hədəfə alınırdı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev sözlərinə görə, bir növ Azərbaycan Ermənistan tərəfindən həyata keçirilməli olan müddəanın icrasına başlamışdı: "Ordumuz antiterror tədbirlərinin gedişində belə müharibə qanunlarını, xüsusilə də mülki əhalinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edirdi. Bu da Azərbaycanın erməni icmasını öz vətəndaşı hesab etməsindən, sülhpərvərlik və ədalətlilik missiyasından irəli gəlirdi. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev antiterror tədbirlər başa çatdıqdan sonra xalqa müraciətində bu məsələyə həssaslıqla yanaşıdığını və xüsusi tapşırıq verdiyini də bildirdi: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır". Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 24 saata yaxın davam edən antiterror tədbirləri qeyri-qanuni erməni hərbi birləşmələrinin ağ bayraq qaldırması ilə başa çatdı. Bununla da, qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı".