İlham Əliyev erməni yalanlarına son qoydu - ÖZƏL

"İkinci Qarabağ müharibəsindən keçən 3 ilə yaxın müddət ərzində Ermənistanın  üçtərəfli bəyanata əməl etməyərək Qarabağdan silahlı dəstələri, hərbi texnikasını geri çəkməməsi, ərazidəki separatçı və qeyri-qanuni hərbi birləşmələrə hərbi yardımını davam etdirməsi, onları yeni müharibəyə hazırlaması Azərbaycanı acdekvat tədbirlər görmək məcburiyyətində buraxırdı. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri məhz bu zərurətdən, məcburiyyətdən irəli gəlirdi".

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri qeyd edib ki, Azərbaycan qısa müddətli antiterror tədbirləri ilə Qarabağdakı separatçıları ağ bayraq qaldırmağa məcbur etdi:

"Əgər 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ordusu və onun müzəffər Ali Baş Komandanı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin etdisə, son antiterror tədbirləri ilə üçtərəfli bəyanatın maddələrinin həyata keçirilməsini reallaşdırdı. Bununla da tarixi ədalət bərpa edilmiş oldu".

Arzuman Muradlı qeyd edib ki, Azərbaycanın müzəffər Ali Baş Komandanı həm İkinci Qarabağ müharibəsi, həm də ondan sonra həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə erməni yalanlarını tamamilə ifşa etmiş oldu: "Ermənilərin yüz illərdir Qarabağın onlara məxsus olması yalanını Cənab İlham Əliyev dünyanın gözü qarşısında tamamilə ifşa etdi və tarixi reallıqları bütün dünyaya göstərdi. Tarixi reallıq isə ondan ibarətdir ki. Qarabağ Azərbaycan ərazisidir və heç bir qüvvə onu özününküləşdirmək barədə düşünməsin. Necə ki, Ermənistan bu barədə düşündü və layiqli cavabını aldı. Düşünürəm ki, Ermənistan rəhbərliyi və ordusu hələ uzun illər Azərbaycan liderinin bu dərsini unutmayacaq".

İctimai birlik sədri qeyd edib ki, Azərbaycan lideri və Silahlı Qüvvələrinin Ermənistan rəhbərliyinə keçdiyi dərsdən erməni yalanlarına şərik çıxan, tarixi saxtalaşdırmağa çalışan bir sıra Qərb dövlətləri, Avropanın ermənipərəst ölkələri də nəticə çıxarmalı, saxta erməni tarixinə istinad etməməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31