Dünya Ermənistanın ərazi bütövlüyünün dərdini çəkir
25 Sentyabr 2023 12:26 Siyasət"Deyirəm, haradan haraya gəldik! Bir vaxtlar biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün dünyaya bar-bar bağırırdıq, səsimizi eşitmək istəmirdilər. İndi isə ərazi bütövlüyümüz bərpa edilib, dünya Ermənistanın ərazi bütövlüyünün dərdini çəkir!" "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, Ermənistanın bacısı Fransa lap bu yaxınlara kimi "artsax" dərdi çəkirdi, artıq onların Prezidenti Makron deyir ki, Ermənistanın ərazi bütövlüyü bizim əsas məsələmizdir: "Bax, belə! Biz bir olanda nələri bacarmarıq? Buraya gəlib çıxmağımız da asan olmadı. Şəhidlər verdik - məkanları cənnət olsun - haqlarını halal etsinlər. Necə oğullarımız gözünü qırpmadan canını sipər edib millət olaraq namusumuzu təmizlədi, sağ olsunlar. Ali Baş Komandan gecə-gündüz demədən özü də, komandası da çalışdı. Və dünya bizimlə hesablaşmalı oldu!"