Antiterror tədbirləri Ermənistanda sabitliyi pozub - ÖZƏL
25 Sentyabr 2023 11:19 SiyasətErmənistanda baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məqsədilə kütləvi aksiyalar davam edir. Xüsusilə, Azərbaycan tərəfinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra antiPaşinyan aksiyaları artan xətlə davam edir. "OLAYLAR"-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, Paşinyan əleyhinə aksiyaların arxasında Rusiya amili dayanır:
"Ermənistanda baş nazir Pasinyanı devirmək və onun yerinə yenidən "Artsax" davasının davamçıları olan Rusiyanın ölkədəki köhnə qvardiyasının əsas oyunçularını gətirmək təşəbbüsləri sürür. Meydanlarda və küçələrdə etiraz aksiyalarının davam etməsi və Pasinyana qarşı istefa tələbi onu göstərir ki, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri Ermənistanda sabitliyi pozub. Nəticələri həzm edə bilməyən bəzi qüvvələr bu səbəblə Pasinyanın hər hansı bir vasitə ilə hakimiyyətinə son verməsini təmin etməyə çalışırlar".