Qarabağ bölgəsindəki növbəti mülki obyektdə silah-sursat aşkar edilib VİDEO
25 Sentyabr 2023 11:00 SiyasətQarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.
Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31