Rusiya və Türkiyə diplomatları taxıl müqaviləsi, Qarabağ və Suriyanı müzakirə edirlər - ÖZƏL
25 Sentyabr 2023 10:58 SiyasətRusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində türkiyəli həmkarı Burak Akçapar ilə görüşüb, taxıl sazişi, Qarabağ və Suriya, Rusiyanın BMT-dəki missiyası ətrafındakı vəziyyəti müzakirə edib.
Tərəflər Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılmasından sonra 22 iyul 2022-ci il tarixli İstanbul razılaşmaları ətrafında vəziyyəti ətraflı müzakirə ediblər. Bundan başqa, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yönəldilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31