100 illik məğlubiyyətin parlaq qələbəsi - Xankəndində Azərbaycanın işığı yanır - ÖZƏL

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. 

Millət vəkili Sahib Alıyev bildirib ki, Xankəndində Azərbaycanın işığı yanır: "Aydındır ki, işığa qaçanlarla yanaşı, işıqdan qaçanlar da olur. Niyə qaçırlar, o da aydındır. Çünki nəinki oyun bitib, daha onun meydanı da yoxdur".

Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Xankəndi elektrik şəbəkəsi Ermənistandan ayrıldı, Azərbaycanın elektrik şəbəkəsinə qoşuldu: "Azərbaycan bütün Qarabağa tam nəzarət edir. Bu, 100 illik məğlubiyyətin parlaq qələbəsidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31