Radikal müxalifət şəhid üzərindən siyasət aparır - ÖZƏL

"Azərbaycan elə bir regionda yerləşir ki, daimi sülh şəraiti olmayacaq. Təkcə biz yox, region barıt çəlləyidir. 200 il ərzində ərazilərimizi itirə-itirə gəlmişik. 1918-ci il cümhuriyyəti olmasaydı, bu gün bir xalq, bir dövlət olaraq yox idik. Ya Rusiyanın, ya da İranın tərkibində olacaqdıq. Necəki, Güney İranın işğalındadır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, vətənimizi qorumaq üçün hər bir Azərbaycan övladı öz qanından və canından keçməlidir: "Ordumuz olmasa, vətənimiz və evimiz olmayacaq. Ordunu da biz özümüz təşkil etməliyik. Ordu da vətənin müdafiəsi, azadlığı uğrunda döyüşür, şəhid və qazi olur. Erməni bizim torpaqlarımızı işğal edərək, özlərinə vətən qurmaq üçün döyüşür və ölür. Biz öz torpaqlarımızı işğaldan azad etmək, təhlükəsizlik yaşamaq üçün savaş meydanına atılanda şəhidlərimiz olanda bunu siyasi məqsədlər üçün istifadə etməməliyik. Bu ölkəni, vətəni qorumaq üçün bundan sonra da savaşlar qaçılmaz olacaq. Bunun üçün yas tutmaq, xalqda ruh düşkünlüyü yaratmaq olmaz. Sosial media üzərindən şəhidlərdən siyasi məqsədlər üçün istifadə edilir. Xalqda ruh düşkünlüyü yaradılır. Vətən istəyiriksə, savaşacağıq, şəhid olacağıq. Şəhidsiz vətən olmur. Baxın Yerevan küçələrinə özgə torpağı olan Qarabağ qışqırıb etiraz edirlər. Bizim içimizdə olanların bəziləri isə, radikal müxalifət şəhid üzərindən siyasət aparır, xalqda ruh düşkünlüyü yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31