Erməni sakinlər azərbaycanlıların onlara münasibət göstərməsindən razı qalıblar - VİDEO
24 Sentyabr 2023 19:26 SiyasətLaçın sərhəd-buraxılış məntəqəsindən keçərək Qarabağdan Ermənistana yenicə yola düşən erməni sakinlər azərbaycanlıların onlarla rəftarından məmnundurlar.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sakinlərdən biri onlarla yaxşı rəftar edildiyini qeyd edib.
"Biz bunu gözləmirdik", - deyə o bildirib.
Beləliklə, erməni təbliğatçılarının guya azərbaycanlıların Qarabağda erməni əsilli mülki şəxslərə qarşı "qəddar rəftarına" dair mifi növbəti dəfə iflasa uğradı.
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31