Bayramov Quterreşlə görüşdü

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antonio Quttereşlə görüşüb.

Olaylar.az sfera-ya istinadən xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quttereş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.

Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.

Təkbətək görüş hazırda davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31