Azərbaycan sülhməramlılara aid heç bir infrasturuktura ziyan vurmayıb - "Fake” videonun PƏRDƏARXASI

Azərbaycan Rusiya sülhməramlılarına aid anbara vəya digər infrasturuktura ziyan vurmayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Trend-in suallarınl cavablayarkən hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki,sülhməramlılar hazırda qanunsuz erməni silahlı birləşmələrinin tərkisilah edilməsi, bölgədən çıxarılmasında Azərbaycanla çox yaxından və uğurla əməkdaşlıq edir.

"Sadəcə ermənilərin bəzi mövqeləri təbii ki, sülhməramlıların yerləşdiyi kontingentin yaxınlığındadır. Lokal antiterror tədbirləri çərçivəsində həmin mövqelərə zərbələr endirilib. Bu barədə Rusiya sülhməramlıları məlumatlı idilər. Ona görə də görüntülərdə rus əsgərlərim heç bir panikaya düşməmələri əks olunur",- deyə ekspert əlavə edib.

Qeyd edək ki, həmin mövqe Ermənistan ordusunun silahlı birləşmələrinin qalıqlarına aid olub və yüksək dəqiqliklə həmin mövqe məhv edilib. Əslində, Rusiya sühlməramlılarının yerləşdiyi yerə yaxın ərazidə hiyləgərliklə quraşdırılmış separatçı mövqe dəqiq zərbələrlə məhv edilib. Görüntülərdən də aydın olur ki, Rusiya sülhməramlıların yerləşdiyi əraziyə heç bir ziyan dəyməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31