Qarabağda erməni silahlı dəstələrinin buraxılmasına başlandı

Qarabağda qeyri-qanuni silahlı dəstələr buraxılır.

Olaylar.az xəbər verir ki, Qarabağdakı separatçılar nəzarətlərində olan qeyri-qanuni hərbi dəstələrin buraxılması ilə bağlı qərar qəbul edildiyi barədə məlumat yayıblar. Məlumata əsasən, sentyabrın 20-də Azərbaycan lokal xarakterli antiterror tədbirlərini dayandırmasını bəyan etdikdən sonra aşağıdakı işlərin həyata keçirilməsinə sürətli vüsət almağa başlayıb:

- Silahlı dəstələrin döyüş mövqelərindən geri çəkilməsi və onların buraxılmasına başlanması

- Həlak olanların və itkin düşənlərin axtarışına başlanması

- Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlılarının müşayiəti ilə yaralıların Ermənistana göndərilməsi

- Humanitar yüklərin gətirilməsinin təşkili və s.

Həmçinin əhaliyə sakitliyi saxlamaq, panikaya düşməmək və təxribatlara uymamaq tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31