Gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı QƏRAR

"Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yuxarıda qeyd edilən layihələr "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31