Toivo Klaar sentyabrın 23-24-də Azərbaycanda səfərdə olacaq
22 Sentyabr 2023 22:49 SiyasətAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar sentyabrın 23-24-də Azərbaycanda səfərdə olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, T.Klaar hazırda Ermənistanda səfərdədir.
Xatırladaq ki, avqustun 16-da T.Klaarın Azərbaycana səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, beynəlxalq tərəfdaşların, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar, eləcə də regiondakı vəziyyət müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31