Ceyhun Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana Qarabağ xalçası hədiyyə edib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xalça Nyu-Yorkda yerləşən "Türk evi"ndə istifadə olunacaq:

"Bu mənalı hədiyyəyə görə Can Azərbaycana təşəkkür edirik" - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31