Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
22 Sentyabr 2023 15:28 SiyasətAvropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək.
Bu barədə Olaylar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
T. Klaarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.
Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31