Paşinyandan Qarabağ AÇIQLAMASI: "Vəziyyət gərgindir"
22 Sentyabr 2023 14:42 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyətlə bağlı danışıb.
Olaylar.az bildirir ki, o, bu barədə hökumətin iclasında çıxış edib.
Baş nazir Qarabağda hərbi-siyasi vəziyyətin gərgin olaraq qaldığını deyib. Bu gün səhər aparılan müzakirələrin nəticələrinə əsasən, Paşinyan müsbət irəliləyişin olacağına ümid bəslədiyini vurğulayıb.
"Lakin eyni zamanda başa düşmək lazımdır ki, vəziyyət dinamik şəkildə dəyişir, sabit olduğunu deyə bilmərəm", deyə o söyləyib.
Paşinyanın sözlərinə görə, həyata keçirilməli olan müəyyən razılaşmalar var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31