Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
22 Sentyabr 2023 14:18 SiyasətAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 22 sentyabr tarixində Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Məlumata əsasən Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.
Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31