Bakı humanist missiyasını beynəlxalq aləmə təkrarən göstərdi - ÖZƏL

"Qarabağ iqtisadi zonasında yaşayan ermənilər özlərini tədric edərək, "humanitar böhran" şousunu yaratmaqda məqsədləri himayədarları ilə birlikdə təzyiq vasitəsi ilə Bakıdan istədikləri  güzəştləri, hüquq və təhlükəsizliyinə  beynəlxalq və yazılı təminat almaq idi. Eyni zamanda Zəngəzur dəhliznin açılmasını, qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması haqqında götürülən öhdəliyin gündəlikdən çıxarması,  həmçinin separatizm yuvasının ömrünü uzatmaq kimi hədəflər də vardı. Lakin bir günlük antiterror tədbirlərinin uğurla başa çatması erməniləri fakt qarşısında qoydu. Planları və hədəfləri suya düşdü". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin Əli Oruclunun sözlərinə görə, bundan sonra onların şıltaqlıqları və iddiaları bitib:

"Məcburdular ki, mərkəzi hakimiyyətə tabe olub, özlərini xilas etsinlər.  21 sentyabrda Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin nümayəndələri ilə mərkəzi hakimiyyət orqanı arasında keçirilən görüş düşnünürəm ki, reinteqrasiya yolunda başlanğıc olacaq. İlkin olaraq da Xankəndinə iki yardım yükü yola salınıb". Əli Oruclu deyib ki, ermənilərin həmin yükü qəbul etməmək kimi şansları yoxdur:

"Separatçılar və onların təsir dairəsindən çıxa bilməyən Xankəndi sakinlərinə bir daha aydın oldu ki, rəsmi Bakının iradəsi qətidir və bu iradəyə qarşı çıxa biləcək güc yoxdur. Mən həmişə bu fikirdə olmuşam ki, Xankəndində separatçılar təmizlənməyincə və qanunsuz silahlı birləşmələr zərərsizləşdirilməyincə, reinteqrasiya prosesinə başlamaq mümkün olmayacaq. Artıq hər iki maneə təmizlənib. Proses nə qədər sürətli və tez gedərsə bu ermənilərə də xeyirdi.   Bakının yardım dolu yükləri Xankəndiyə göndərməsi ermənilərin bəhanəsini kəsməklə yanaşı, həm də humanist missiyasını beynəlxalq aləmə təkrarən göstərdi. Düşünürəm ki, bu addım müsbət qarşılanacaq və münasibətlərin normallaşmasına təkan verəcək. Ardınca mədəni, iqtisadi, humanitar, ticari əlaqələr bərpa ediləcək. Ermənilərin Azərbaycan cəmiyyətinə reintqrasiya planı onlara da təqdim olunub. Lakun bununla belə hər şeyin rəvan, rahat şəkildə gedəcəyi düşüncəsində də deyiləm. Ümid edək ki, təxribatlar, arzuolunmaz hadisələr baş verməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31