Dövlət və ictimaiyyət, Azərbaycan xalqının öz müharibə iştirakçısına, öz qazisinə, şəhid ailəsinə verdiyi dəyər göz önündədir

"Hesab edirəm ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfər, bizim şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin bu istiqamətdə çalışmaları geniş şəkildə ictimai təşkilatlar tərəfindən keçirilən tədbirlərdə, aparılan müzakirələrdə təbliği daha da genişləndirməlidir". 

Olaylar.az xəbər verir ki, bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Doğrudur, təbliğ olunur, amma bu daha da genişləndirilməlidir. Bu istiqamətdə ictimaiyyətin rolunun artırılması üçün Qeyri Hökumət Təşkilatları, media qurumları, müxtəlif bu səpgili təşkilatlar istər layihələr vasitəsilə, istər müxtəlif dəstək göstərilməsi vasitəsilə bu təşkilatların, strukturların, təşkilatlardan da əlavə ziyalıların, gənclərin, qadınların bu istiqamətdə çoxsaylı tədbirlər, fəaliyyətlər həyata keçirməsinə, müxtəlif nəşrlər çap etməsinə, saytlar vasitəsilə, ümumiyyətlə internet üzərindən təbliğat aparmasına və s. istiqamətlərdə çalışmalara geniş dəstək verilməlidir, bu dəstək daha da genişləndirilməlidir. Çünki bilirik, cəmiyyətin vətənpərvərlik ruhunun yüksəldilməsi, xüsusilə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün sadaladığım istiqamətlərdə ictimaiyyətin aktiv iştirakı çox vacibdir. Dövlət qurumları özləri müxtəlif çalışmalar edə bilərlər və edirlər də. Amma bu yetərli deyil. Buna görə də, hesab edirəm ki, ictimaiyyətin bu çalışmalara geniş şəkildə cəlb olunması bu cür layihələr, müxtəlif dəstək tədbirləri nəticəsində genişləndirilə bilər və genişləndirilməlidir".
Politoloq Samir Hümbətov bildirir ki, son dövrlər, xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonrakı mərhələdə Azərbaycanda yeni bir ənənə formalaşdı: "Bu nədən ibarətdir? Biz təbii ki, İkinci Qarabağ Müharibəsinin qalibi olaraq, qalib xalqı, ordusu, Ali Baş Komandanı olaraq, bizim əsas hədəfimiz dünyada da bu qalibiyyətimizin təsdiqidir ki, artıq bu təsdiq olunub və bütün dövlətlər Azərbaycanı bir qalib dövlət olaraq tanıyırlar, Azərbaycanın zəfərini qəbul edirlər.

Əlbəttə, ikinci bir tərəfdən bizim bu gün həm müharibə veteranları var, həm şəhid ailələri, qazilərimiz var. Bunların hər biri dövlətin xüsusi diqqət və qayğısında olan təbəqədir. Düşünürəm ki, belə də olmalıdır. Bu sahədə dövlət və cəmiyyət, ümumilikdə ictimaiyyət, Azərbaycan xalqının öz müharibə iştirakçısına, öz qazisinə, şəhid ailəsinə verdiyi dəyər göz önündədir. Açıq şəkildə bir ehtiram var. Mən düşünürəm ki, bu daha da geniş bir sahəyə yayıla bilər. Xalqın, dövlətin özünün vətəndaşına verdiyi bu dəyəri düşünürəm ki, dövlətin qoyduğu dəyərlə hesablanmalıdır. Dövlətin atdığı addımlar cəmiyyətə bir mesajdır, xüsusilə önəmlidir. Yəni, bir sıra tədbirlərin təşkil edilməsi, məsələn, şəhidlərimizin yad edilməsi, qazilərlə görüşlərin keçirilməsi, hər hansısa bir ictimai iaşə obyektlərinə gedən zaman artıq şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə daha çox hörmət edilməsi, bu cəmiyyətin öz vətəndaşına verdiyi dəyərdir, xüsusilə də müharibə iştirakçısına. Bunlar hamısı bir dəyərlər toplusudur. Bu gün bunların hamısını dövlət özü formalaşdırır, cəmiyyət də dövlətlə eyni formada hərəkət edir və öz xalqına, millətinə bu cür dəyər verir. Yəni, bu çox önəmlidir və düşünürəm ki, yaxın gələcəkdə bu cür yanaşmalar daha geniş sahələrə yayılacaq, həyatın bütün sahələrində olacaq ki, bu da əslində qalib dövlət olmağımız üçün canından keçən şəhid ailələri, eyni zamanda qazilərimiz üçün də bir fəxr hissi olar ki, mən Azərbaycan dövlətinin vətəndaşıyam, mən fəxr edirəm ki, azərbaycanlıyam. Bu ifadələri işlətmək üçün onlara bir stimul olacaq. O baxımdan düşünürəm ki, qeyd etdiyimiz məsələ, yəni dövlətin buna qatqısı birinci şərtdir. Dövlət buna dəyər verirsə, artıq cəmiyyətin digər strukturları da bu dəyəri verməyə başlayır və cəmiyyətin digər təbəqələri də bu sahədə cəmiyyətin apardığı siyasətin dəstəkçisinə çevrilir. Düşünürəm ki, biz hər keçən gün daha çox şəhid ailələrinə, müharibə veteranlarına, qazilərimizə dəstəyin şahidi oluruq".

Röyalə Xəyal

Yazı  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31