Qarabağ iqtisadi rayonunda olan separatizm yuvası məhv edildi - ÖZƏL
22 Sentyabr 2023 10:55 Siyasət"Qarabağda antiterror tədbirləri başlayandan dünyanın müxtəlif dairələri, o cümlədən ermənipərəstlər bəyanatı bəyanat ardınca sıralamaqdadırlar". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin sözlərinə görə, artıq Fransadan, Avropa Birliyindən və digər təşkilatlardan olan "demokratiya carçıları" ortaya çıxıb çağırışlar səsləndirməklə məşğuldurlar: "Onların bəziləri bir qədər də "irəli gedərək" ölkəmizi öz qanuni ərazilərində gördüyü tədbirləri pisləmək yolu tuturlar. Bundan əlavə Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin bir qrup ermənipərəst üzvləri belə Azərbaycana sanksiyaların tətbiq edilməsi və Azərbaycandan neftin, qazın tədarükünün dayandırılması tələbi ilə çıxış etmişdir. Əlbəttə, belə gedişlərin heç bir xeyri olmadı, ola da bilməzdi.
Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvasını məhv etdi və milli suverenliyini bərpa etdi. Cari ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror tədbirlərinə qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir".