Artıq Azərbaycan torpaqlarında "boz" ərazilər olmayacaq - ÖZƏL

"Müzəffər Ali Baş Komandanın dediyi kimi oldu hər şey. Onun sözü sözdür. Bütün erməni cəmiyyəti və erməni xalqı məhz cənab İlham Əliyevi eşitməli, onun fikirləri ilə hesablaşmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun sözlərinə görə, 20 sentyabr 2023-cü il tarixi etibarı ilə Azərbaycan Qarabağ məsələsinin kitabını birdəfəlik bağladı: "Və ya yenidən çiçəklənən Qarabağ kitabı açıldı. Artıq Azərbaycan torpaqlarında "boz" ərazilər, nəzarətdən kənar bölgələr olmayacaq. Artıq Azərbaycan dediyi və israr etdiyi kimi öz vətəndaşları ilə özü danışacaq. Vasitəçilər olmadan. Onların mülki və munisipal (bələdiyyə) hüquqlarını təmin edəcək. Reinteqrasiya prosesi başlayacaq və bütün Qarabağda yaşayan ermənilər üçün Azərbaycan bayrağı altında və Azərbaycan vətəndaşı kimi xoş güzəranlı günlər başlayacaq. Dırnaqarası bayraqlarını da ciblərinə büküb getməlidirlər. Əlbəttə, əgər kimsə Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə, onlar üçün dəhlizlər yaradılacaq və onlar regionu sülh və əminamanlıqla tərk edəcəklər. Qalan insanları isə gözəl və rifah günlər gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31