Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi şans yaradılıb - ÖZƏL

Sentyabrın 20-də, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin başa çatandan sonra Prezident İlham Əliyev xalqa müraciət edib. 

"OLAYLAR"-ın xəbərinə görə, dövlət başçısının məlum müraciətinə diqqət çəkən YAP üzvü Mətanət Qəribova deyib ki, Prezident İlham Əliyev xalqa müraciəti zamanı həm keçmişə toxundu, həm də gedən proseslərə düzgün qiymət Verdi:

"Eyni zamanda, cəmiyyətin qarşısında duran çox ciddi problemlərə də toxundu. Prezident onu da bildirib ki, bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb və tövsiyə edib ki, o şansı əldən verməsinlər".

Hakim partiya üzvü deyib ki, Qarabağda yaşayan sadə insanlar Azərbaycan vətəndaşlarının malik olduqları hüquqlardan istifadə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31