Diasporası 70.000 mindən çox olan Braziliyada erməni yalanları ifşa olundu, yerli KİV-lərdə Azərbaycanın həqiqətləri yayıldı
21 Sentyabr 2023 22:10 SiyasətOnlar Azərbaycanın hesabına "ikinci Ermənistan" yaratmaq istəyirlər:
Okamponun Lulaya Azərbaycan hökumətini günahlandırmaq istəməsi beynəlxalq hüquqla deyil, silahlı separatizm və saxta xəbərlərlə bağlıdır
Dağlıq Qarabağda (Azərbaycan) humanitar böhranla bağlı saxta xəbərlər yayılıb. Laçın yolu bağlanmayıb, erməniləri Azərbaycanda acından öldürmək niyyəti yoxdur. Amma Azərbaycanın daxilində erməni separatçıları arasında hakimiyyət mübarizəsi davam edir.
Azərbaycanda hələ də qeyri-qanuni dislokasiya olunan 10 minlik ordunun döyüşçüləri, Rusiyadan olan erməni milyarder (heç vaxt Qarabağda yaşamamış, lakin Ukrayna münaqişəsinə görə Avropa İttifaqının sanksiya siyahısındadır) və bir neçə başqa iddialı şəxsiyyətlər - onların hamısı "ikinci Ermənistan"ın "prezidenti" olmaq uğrunda mübarizə aparır.
Azərbaycan torpaqları hesabına "ikinci Ermənistan" yaratmaq istəyirlər. Mümkün deyil. Yeni ölkə sadəcə ona görə yaranmır ki, həmin ərazidə etnik icma var. Braziliya avqustun 15-də BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan etdi və o zaman Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsi ilə Azərbaycanın qalan hissəsi arasında təbii əlaqə kimi istifadə olunmasını təşviq etdi.
Bir neçə gün əvvəl Azərbaycan Qızıl Aypara Cəmiyyəti - Qırmızı Xaç təşkilatının İslam ölkələri versiyası Qarabağdakı ermənilərə 40 ton un göndərib. Yük maşınlarının Qarabağa girişi hələ də erməni separatçıları tərəfindən əngəllənir və onlar yerli erməni icmasına təcili yükləri qəbul etməyə imkan vermirlər.
Azərbaycan prezidenti, Aİ Şurasının sədri və Ermənistanın baş naziri arasında aparılan danışıqlarda tərəflər bu yolu da nəzərdən keçirmək barədə razılığa gəliblər. Amma separatçı rejim yalnız bir yolda israr edir ki, bu da yalnız Ermənistanla bağlıdır.
Azərbaycanın gizlədəsi heç nəyi yoxdur. Hökumət avqustun 31-də xarici səfirlər üçün Qarabağa səfər təşkil etdi və onlar həmin yolun necə bağlı qaldığını gördülər. Əgər ərzağa həqiqətən ehtiyac varsa, o zaman niyə belə yardımdan imtina edilir? Əgər qəsdən blokada varsa, niyə başqa yollardan istifadə etməkdən imtina edirlər?
Luis Moreno Okamponun son çağırışlarına gəlincə, keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru prezident Luladan Azərbaycanı günahlandırmaq istəməməlidir. Ocampo bəlkə də keçmişdə əla iş görüb. Lakin o, bəzi problemlərlə də üzləşdi ki, bu da ona və ICC-yə pis reputasiya bahasına başa gəldi.
O, iddia edilən "davam edən soyqırım"la bağlı "müstəqil hüquqi rəy" hazırladığını deyir. Onun rəyi "Artsaxın prezidenti" adlandırdığı şəxsin xahişi ilə hazırlanıb.
Nə Braziliya, nə də dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü "Artsax Respublikası"nı tanımır. Əksinə, Braziliya Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının bütün dörd qətnaməsini dəstəkləyib.
Ocampo 2010-cu ildə ölkəyə etdiyi səfərlərdən sonra Ermənistan hakimiyyəti ilə çox yaxın əlaqələr qurub. Həmin vaxt o, Qarabağ erməni separatçılarının keçmiş lideri, döyüşçü, keçmiş prezident- hətta bir neçə il öncə orada 1992-ci ildə Xocalının günahsız əhalisini qətlə yetirdiklərini etiraf edən Serj Sarkisyanla görüşüb.
Buna görə də Ocamponun Ermənistanla xüsusi münasibəti faktdır. Bu, onun Azərbaycana qarşı qərəzli münasibətini təsdiqləyir. Ocampo Braziliyanın dünyada silahlı separatizmi dəstəkləməli olduğunu düşünürmü?
Ocamponun hesabatının etibarlılığı yoxdur. 2017-ci ildə Almaniyanın Der Spiegel nəşri ATƏ (Avropa Təhqiqat Əməkdaşlıqları) şəbəkəsi çərçivəsində Fransanın araşdırma jurnalistikası saytı olan Mediapart ilə birgə aparılan araşdırmanın nəticələrini dərc edib.
Əldə edilən sənədlərdə Ocampo korrupsioner, hətta bir neçə vergi cənnətindəki bəzi şirkətlərin sahibi kimi göstərilirdi. O, həmçinin Liviyadakı vətəndaş müharibəsinə dərindən qarışmış şübhəli profilli milyarderlə gizli sövdələşmədə iştirak edib. Ocampo hələ də müştərisini mümkün ICC proseslərindən qorumaq üçün məxfi məlumatlardan istifadə edirdi. Ola bilsin ki, onun əvvəlki karyerası yaxşı və məşhur olub, lakin sonradan Məhkəmənin ideallarına və ruhuna xəyanət edib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə quruma sədrlik etdiyi zaman qəbul edilən qətnamələr və ya Braziliyanın bir neçə gün əvvəl eyni formada verdiyi bəyanat Ocampo vecinə deyil. O, həmçinin hazırkı prezident Lulanın 2020-ci ilin oktyabrında Ermənistan və Azərbaycan arasında münaqişənin həlli və yerli əhaliyə humanitar yardım göstərilməsi üçün beynəlxalq hüququn hökm sürməli olduğunu açıq şəkildə ifadə etdiyi tvitinə də əhəmiyyət vermir.
Lula Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqının çəkdiyi əzablardan, günahsız dinc əhaliyə qarşı törədilən qırğınlardan və vəhşiliklərdən xəbərdar idi. Bu münasibətlə o, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu kritik məqamı açıq şəkildə müdafiə etdi.
1 sentyabr tarixində Braziliyada ən çox oxunan qəzetlərdən biri "Folha de Sao Paolo" qəzetində, "Keçmiş BCM rəhbəri Luladan Dağlıq Qarabağda "soyqırım"a qarşı dəstək istəyib: Luis Moreno Ocampo deyir ki, Braziliya lideri ermənilərə qarşı törədilən cinayətlər barədə BMT-yə məlumat verməlidir" başlığı ilə məqalə dərc edilmişdir (keçid: https://www1.folha.uol.com.br/mundo/2023/09/ex-chefe-do-tpi-pede-apoio-de-lula-contra-genocidio-em-nagorno-karabakh.shtml).
Okampo tərəfindən President Lulaya, Azərbaycanı BMT Baş Assambleyası tribunasından ittiham etmək barədə çağırışı özündə ehtiva edən bu qərəzli məqaləyə cavab olaraq 11 sentyabr tarixində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Rəşad Novruzun "Onlar Azərbaycanın hesabına "ikinci Ermənistan" yaratmaq istəyirlər: Okamponun Lulaya Azərbaycan hökumətini günahlandırmaq istəməsi beynəlxalq hüquqla deyil, silahlı separatizm və saxta xəbərlərlə bağlıdır" başlıqlı məqaləsi dərc edilmişdir (https://www1.folha.uol.com.br/mundo/2023/09/querem-criar-uma-segunda-armenia-as-custas-do-azerbaijao.shtml).
Məqalədə, Qarabağda separatçı rejiminin yeni dalğasının Azərbaycan tərəfindən qəbul edilməyəcəyi, humanitar böhranın olmadığı və Okamponun keçmiş xətaları, onun rüşvətxorluq hallarını aşkar etmiş "Spiegel" qəzetində yazılmış istintaqın nəticələri barədə braziliyalı oxuyucularına məlumat verilib.
Bundan başqa, 15 avqustda BMT TŞ müzakirələri zamanı Braziliyanın beynəlxalq hüququn tərəfində duraraq ölkəmizin beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər çərçivəsində ərazi bütövlüyünün bir daha dəstəklənildiyi, eləcə də Prezident Lulanın 2020-ci ildəki tvit paylaşımda, Azərbaycan-Ermənistan münaqişəsindən ən çox əziyyət çəkən mülki əhalinin olduğu və təbii ki, bu halda Azərbaycanın qaçqınlarının əziyyətləri və bu münaqişənin məlum BMT TŞ qətnamələri əsasında həll edilməsi barədə çağırışı xatırladılır və bu xüsusda, Okamponun president Lulanın bu tvitini inkar etməməsi, ona qarşı çıxmaması tövsiyə olunur. Odur ki, Okamponun prezident Lulaya çağırışının səhv olduğunu, onun separatçı rejimini dəstəkləmək barədə müraciətə bənzədiyi qeyd edilir.
Xarici İşlər Nazirliyindən alınmış təlimatlar əsasında görülmüş təcili işlər nəticəsində, BMT Təhlükəsizlik Şurasının 16 avqust müzakirələrində olduğu kimi bu dəfə də, 20 sentyabrda Braziliya BMT-də ehtiyatlı v neytral mövqeyi sərgilədi. Prezident Lula BMT Baş Assambleyasındakı çıxışında ümumiyyət ilə Qarabağ mövzusuna toxunmamışdır. 20 sentyabrda baş tutmuş anti-terror əməliyyatı və cərəyan edən gedişat barədə Braziliyanın Xarici İşlər Nazirliyi çox neytral bəyanat ilə kifayətlənmişdir. Bəyanatda, vəziyyətin izlənilməsi və Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün ən yaxşısı Brüssel, Vaşinqton və Moskvada keçirilən sülh danışıqları treklərinin davam etməsi qeyd edilmişdir.
Bundan əlavə, Braziliyanın paytaxt şəhərində ən nüfuzlu qəzeti olan "Correio Brasiliense" ilə təcili işlər aparılıb və bu qəzetdə də Ermənistanın yalanlarını və əsassız iddialarını puç edən səfir R.Novruzun müsahibəsi çap edilib: https://www.correiobraziliense.com.br/mundo/2023/09/5126842-embaixador-do-azerbaijao-explica-ataque-a-regiao-de-nagorno-karabakh.html. Məqalədə, tənqidimizin damar xətti olaraq, "Ermənistan bütün kanalları bağlayıb və etnik ermənilərin çoxluq təşkil etdiyi ərazidən 10 min əsgərin çıxarılmasını müzakirə etməkdən imtina edib" tezisi verilib. "Biz imkan verməyəcəyik ki, erməni xuntası bizim sülh, təhlükəsizlik, sabitlik və barışıq gündəliyi üçün üç illik kampaniyamızın qarşısını alsın. Biz imkan verməyəcəyik ki, bir neçə separatçı öz icmalarını öz siyasi ambisiyalarının girovu kimi saxlasın", - deyə səfir braziliyalı oxuyucularına lokal anti-teror əməliyyatın səbəbi ilə hədəfini izah etmişdir.