Qozlukörpü yaşayış məntəqəsindəki fermada sursat anbarı aşkarlanıb - FOTO + VİDEO
21 Sentyabr 2023 19:56 SiyasətKəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.
Olaylar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.
Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31