“Bütün təqsirkarlar cəzalarını alacaq” - Prezident

Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.

Olaylar.az xəbər verir ki, baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb.

Qeyd olunub ki, bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.

Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31