Azərbaycan işğaldan, Ermənistan isə rus əsarətindən azad olur - Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Qarabağda baş verənlərə münasibət bildirib.

Olaylar.az xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.

"Bu gün nə baş verir?

Azərbaycan nəhayət, öz ərazilərini geri alır. Ermənistan bir əsrlik rus əsarətindən azad olarkən, Ukrayna hərbi və diplomatik cəbhədə uğurlu irəliləyişlər əldə edir. Gürcüstan isə nəhayət nəinki 2013-cü ildə itirdiyimiz beynəlxalq subyektivliyini, həm də öz dövlət müstəqilliyini itirir. Hərəkət etmək vaxtıdır!", - Saakaşvili qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31