Məqsədimiz Azərbaycan üçün faydalı işlər görməkdir - ÖZƏL

Bir müddət əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində "Xan Qızı Natəvan" Dünya Azərbaycan Qadınlar İctimai Birliyi təsis edilib. Sözügedən ictimai birliyin sədri Könül Abbasova "OLAYLAR"-a bildirib ki, rəhbərlik etdiyi qurum Sankt-Peterburq Milli Mədəni Muxtariyyatının tərkibində yaradılıb%

"Bizim məqsədimiz odur ki, harada yaşamağımızdan asılı olmayaraq Azərbaycan üçün nəsə edə bilək, faydalı işlər görə bilək. Məqsədimiz millətimizə, xalqımıza, prezidentimizə dəstək olmaq, dövlətimizin yanında yer almaqdır. Həmçinin, azərbaycanlı xanımların dünyada tanıdılmasına nail olmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31